Dünya növbəti pandemiyaya hazırlaşmalıdır? - BMT baş katibindən ÇAĞIRIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumu (WEF) zamanı bütün ölkələri növbəti pandemiyaya hazırlaşmağa çağırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, A.Quterreş videomüraciətində deyib ki, hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla, habelə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) profilini yaratmaqla növbəti pandemiyaya hazırlaşmaq zərurəti yaranıb. O, həmçinin mövcud koronavirusa qarşı ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırış edib.
Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd etməyi strategiya kimi qarşıya qoymuşdu: "Biz bu hədəflərdən uzağıq. Bu, utancvericidir. Yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var”.
Oxşar xəbərlər
ÜST rəhbərindən qarşısıalınmaz yeni virus XƏBƏRDARLIĞI
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya...