Dumanlı hava ilə əlaqədar Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirildi
23
noy
2025
20:29
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt sürücülərinə müraciət edərək hava şəraitinə görə yollarda tətbiq edilən məhdudiyyətlərlə bağlı məlumat yayıb.
BAKU.WS mərkəzə istinadən xəbər verir ki, hazırda müşahidə olunan sıx duman səbəbindən Zığ dairəsi–Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saatadək azaldılıb.
Bununla bağlı məlumat-sürət tablolarında dəyişiklik edilib və "dumanlı yol" xəbərdarlıq işarəsi aktivləşdirilib.
Sürücülərdən təhlükəsizliyi təmin etmək üçün yeni sürət həddinə ciddi şəkildə riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda nəqliyyatın sıxlığı yaranıb
Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmə...