DSX Aparatında 22 İyul - Milli Mətbuat Günü qeyd edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“22 İyul - Milli Mətbuat Günü” münasibətilə Dövlət Sərhəd Xidməti Aparatında tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, “Milli Mətbuat Günü” münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki iştirakçılara çatdırılıb, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması üzrə həyata keçirilən fəaliyyətlər barədə ictimaiyyətin operativ məlumatlandırılması, gənclər arasında hərbi vətənpərvərliyin yüksəldilməsi,sərhədçi peşəsinin təbliği sahəsində Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığın xüsusi rolu vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.
Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisinin əmrinə əsasənmətbuat sahəsində əməkdaşlığa verdiyi töhfələrə görə bir qrup KİV nümayəndəsi medal və Fəxri Fərmanlarla təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”. Bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi hey...