DİQQƏT! Bu yollarda sürət həddi endirildi - FOTO

Bakıda bəzi küçə və prospektlərdə sürət həddi endirilir.
BAKU.WS xəbər verir, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkə hesabında bildirib.
O, qeyd edib ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir:
"Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaq.
Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq".
Qalereya
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...
