DİQQƏT: Bu şəxslər qəbul imtahanlarına buraxılmayacaq - VİDEO

DİQQƏT: Bu şəxslər qəbul imtahanlarına buraxılmayacaq - VİDEO
Video
Sosial 126

Ali məktəblərə qəbul imtahanı iki dəfə keçirildiyindən tələbələr öz nəticələrini süni yolla artırmaq üçün qayda pozuntularına yol verirlər. Belə halda tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən cəzalandırılacaqlar.

BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzin mətbuat və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu tələbələrin imtahan nəticəsi ləğv edilməklə yanaşı, imtahanda ikinci dəfə iştirakına da məhdudiyyət qoyulacaq.

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, başa çatmış və heç bir qayda qozuntusuna yol verilməmiş imtahanın nəticələrinin ləğv edilməsi qanuna ziddir. Bundan başqa, qanunda tələbənin növbəti imtahana buraxılmaması ilə bağlı da heç bir bənd yoxdur. Dövlət İmtahan Mərkəzi abituriyentin yalnız qayda pozuntusuna yol verdiyi imtahanının nəticəsini ləğv edə bilər. Qayda pozduğuna görə növbəti şansını əlindən ala bilməz.

Qeyd edək ki, 22-23 may tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda iştirak edən 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. 1 nəfərdə isə "ağıllı" saat aşkarlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər