DQİDK-nin dəstəyi ilə İlahiyyat İnistutunda layihə həyata keçirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan İlahiyyat İnstitutunda layihə həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib.
O, bildirib ki, bu layihə artıq ikinci ildirki, baş tutur:
"Artıq 2 ildir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan İlahiyyat İnstitutunda layihə həyata keçirirlir.
Layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibəti ilə tələbələri dinləməkdir. Bu zaman tələbələrimiz müəllim kimi dərs keçirlər. Azərbaycan milli kimliyində ailə dəyərlərindən bəhs edirlər. Mühazirədən sonra mövzu ətrafında müxtəlif diskusiyalar həyata keçirilir, müzakirələr aparılır".
Rektorun sözlərinə görə, açıq dərsin keçirilməsində əsas məqsəd milli ailə dəyərlərimizi gənclərə aşılamaqdır.
"Bildiyiniz kimi müasir dünyada ənənəvi ailə dəyəri öz funksianallığını itirir. Azərbaycan ailəsində isə ənənələrinə sadiq ailə modeli mövcuddur. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutundakı bu layihənin əsas məqsədi köklərinə sadiq qalan, amma eyni zamanda müasir dövrün çağırışlarını da nəzərə alan ailə modelini cəmiyyətimizə təlqdin etməkdir".
A. Şirinov həmçinin qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu istər ailə dəyərləri, isyər qadınlarla əlaqəli, isyərsə də erkən nikahlarla bağlı bir çox layihə mövcuddur. Bu layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirak ediblər.
Oxşar xəbərlər
Səfərbərlik Xidməti bu şöbələri LƏĞV ETDİ
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhəri Kəpəz rayon və Gəncə şəhəri Nizami rayon şöbələri ləğv edilib. BAKU.WS Redakto...