Dövlət Xidməti ticarət mərkəzində yanğın-taktiki təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən "Nəhəng Daş" ticarət mərkəzində "Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.
BAKU.WS xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd ticarət mərkəzlərində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı ticarət mərkəzində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri tərəfindən "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi" əməliyyatı yerinə yetirilib.
Təlimə ümumilikdə 40 nəfərdən ibarət şəxsi heyət, 4 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə BAKU.WS-ə DİM-dən...