Dövlət xəstəxanaları ilə bağlı YENİLİK - Bu ildən..
Azərbaycanda neyrocərrahiyyə əməliyyatlarının icrasında istifadə olunacaq tibbi vasitə və ləvazimatların alınması nəzərdə tutulur.
BAKU.WS-in İnnovasiya və Təchizat Mərkəzindən əldə etdiyi məlumata görə, onurğa və sinir sistemi üzərində aparılan əməliyyatlarda istifadə olunacaq tibbi vasitələrin alınmasına 1 milyon 724 min manat xərclənəcək.
Tibbi vasitələrin tədarükü səhiyyə sistemində ixtisaslaşmış əməliyyatların davamlı və vaxtında icrasını təmin etmək üçün planlaşdırılır.
Bu addımın həyata keçirilməsi neyrocərrahiyyə əməliyyatlarının daha təhlükəsiz, fasiləsiz və keyfiyyətli aparılmasına, həmçinin xəstələrin vaxtında cərrahi müdaxiləyə cəlb olunmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda...