Dövlət Turizm Agentliyinin iki əməkdaşının işdən ayrılma səbəbi məlum olub

Dövlət Turizm Agentliyi qurumun iki əməkdaşının öz ərizələri əsasında işdən azad olunmaları ilə əlaqədar yayımlanmış məlumata aydınlıq gətirib.
BAKU.WS-in məlumatına görə, agentlikdən “report”un sorğusuna cavab olaraq bildirilib ki, Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, eləcə də xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Cavid Abdullayev müxtəlif vaxtlarda vəzifələrindən ayrılıblar:
“Bu gün Agentliyin rəsmi veb-saytının "Struktur" bölməsində müvafiq dəyişikliklər edilməsi səbəbilə yerli kütləvi informasiya vasitələri bunu vahid xəbər kimi və ya başqa formalarda dərc ediblər.
Agentliyin sabiq əməkdaşı Cavid Abdullayev İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəqəmsal iqtisadiyyat şöbəsinə müdir təyin edilib.
Digər keçmiş əməkdaş Kənan Əliyev isə BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş ofisinə Dövlət Turizm Agentliyinin xətti ilə işləməyə göndərilib”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
