Dövlət qurumu mobil tətbiqinin fəaliyyətini dayandırıb
Rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur. Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.
Oxşar xəbərlər
Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb
Cəlilabad rayonunun Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, tikinti işləri Göytəpə şəhərinin...