Dövlət Komitəsinin sədri Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsinə münasibət bildirib

Dövlət Komitəsinin sədri Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsinə münasibət bildirib
Sosial 473

“Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dərhal bu məsələ ilə məşğul olublar.

"Bu, qəbuledilməz və ağlasığmaz hərəkətdir. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Oradakı bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil. Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işini təşkil etməliyik. Hazırda da bu işlə məşğuluq", - B.Muradova söyləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda məktəbli qız evlənmək üçün evdən qaçıb - VİDEO

Azərbaycanda məktəbli qız evlənmək üçün evdən qaçıb - VİDEO

Qaçırılan qızlarla bağlı məsələdə qanunda daha ciddi cəza tədbirləri görülməlidir. Bu, insanların evlənməsinə sərt reaksiya kimi başa düşülməməlidir. BAKU.WS x...

581 Sosial 08:35 23 dekabr 2021

Son xəbərlər