Dövlət Komitəsinin sədri ABŞ-də Yuta Senatının prezidenti ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycandakı tolerantlıq mühitinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasında milli-mənəvi dəyərlərin qorunması və müxtəlif dinlərə mənsub insanların birgə, sülh şəraitində yaşamasını təmin etmək məqsədi dayanır. Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq, multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət modelinin formalaşdığını qeyd edib. Vurğulayıb ki, Azərbaycanda bütün konfessiyaların, o cümlədən xristian dini icmalarının azad və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Bunun bariz nümunəsi kimi İsa Məsihin Sonuncu Gün Müqqəddəsləri Kilsəsinin Azərbaycanda rəsmi qeydiyyatı, dövlətin dinlərarası tolerantlıq və bərabər münasibət prinsipinə sadiqliyinin praktik təzahürüdür. Komitə sədri Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı təmasların əhəmiyyətini vurğulayaraq, Senat prezidentini Azərbaycana səfərə dəvət edib.
Səfər dəvətini minnətdarlıqla qəbul edən Adam Stüart əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdəki multikultural dəyərlərin və dinlərarası harmoniyanın təqdirəlayiq olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerantlıq və dinlərarası həmrəylik mühitinin qorunmasına mühüm töhfələr verdiyini qeyd edib. O, Azərbaycan cəmiyyətində dini dözümlülük və mədəni müxtəlifliyin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək qiymətləndirdiyini vurğulayıb.
Azərbaycan - ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Yuta Ştatının senatorları Kirk Kollimor, Mayk Makkel də iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Bu vitaminlər demansk riskini azaldır
Son araşdırmalar göstərir ki, bəzi vitaminlərin qəbulu yaşlılarda demans riskini azaltmağa kömək edə bilər. BAKU.WS xəbər verir ki, xüsusilə B qrupu vitaminlər...
