Dövlət Komitəsində 8160 nömrəli Çağrı mərkəzi fəaliyyətə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi yaradılıb.
BAKU.WS xəbər verir ki, bu yeni xidmət vasitəsilə vətəndaşlar Komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.
Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa "8160" nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.
Qeyd edək ki, Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...