"DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə icra etdiyi "DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.
Bu barədə BAKU.WS-ə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, həmin müəssisələrdə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə istiqamətləri üzrə qiymətləndirmə aparılıb.
Bu sahələrdə mövcud olan boşluqlar, risklər aşkarlanaraq, onların aradan qaldırılması üçün aidiyyəti işəgötürənlərə tövsiyələr verilib, təlim və konsultasiya dəstəyi göstərilib.
"DOST Müfəttiş" layihəsi könüllü və ödənişsiz əsaslarla həyata keçirilir və iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması məqsədinə xidmət edir.
Ümumilikdə ötən dövrdə bu layihə çərçivəsində 33 müəssisədə qiymətləndirmə aparılıb.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Avqustun 13-də paytaxtın Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məl...