DOST mərkəzlərində avqust ayı ərzində 26 154 vətəndaşa xidmət göstərilib
Yeniliklərdən dərhal xəbərdar olun
DOST mərkəzlərində avqust ayı ərzində 26 154 vətəndaşa xidmət göstərilib.
BAKU.WS Agentliyə istinadən xəbər verir ki, müraciətlərin 19 232-si sosial müdafiə, 4636-sı müavinət, 1759-u sosial xidmət, 1254-ü əlillik və 977-si isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi ilə bağlı olub. Bu müddət ərzində Mərkəzlərdə 2921 sorğu üzrə elektron ünvanlar vasitəsilə müavinət, pensiya təqaüd və məşğulluğa dair vətəndaş müraciəti cavablandırılıb. Sosial xidmət göstərilmiş vətəndaş sayı isə 1759-dur.
Həmçinin, son bir ay ərzində Çağrı Mərkəzi 142-yə daxil olmuş 43 325 zəngdən 42 156-sı cavablandırılıb.
Avqust ayında vətəndaşların DOST mərkəzlərindəki xidmətlərdən məmnunluq səviyyəsi 96.75% təşkil edib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...