Dörd bölgədə qaz təchizatı müvəqqəti dayandırılacaq
Bu gün İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərinin bəzi ərazilərində mavi yanacağın verilişində məhdudiyyətlər olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilir ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərinin (diametri 530/377/325 mm) korroziyaya uğramış hissələrində təmir-bərpa işləri həyata keçiriləcək.
Təmir işləri səbəbindən saat 09:00-dan başlayaraq proses yekunlaşanadək İmişli və Saatlı rayonlarının tam ərazisində (ümumi 46 071 abonent), Sabirabad rayonunun bəzi kəndlərində (ümumi 26 672 abonent) və Şirvan şəhərinin Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Nazirliklər işçi axtarır: 4000 manata yaxın maaş
Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerlər...