Dondurularaq qurudulan meyvələrə tələbat artıb: Yeni trend, yoxsa sağlam seçim?
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar dondurmalara və dondurularaq qurudulan meyvələrə tələbat artıb.
Məhsulların məbləği isə ölçüsündən və çəkisindən asılı olaraq, 20-60 manat arasında dəyişir.
Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, belə məhsulların üzərində mütləq istehsal tarixi və son istifadə müddəti qeyd olunmalıdır:
"Açıq havada saxlanıldıqda tərkibi dəyişə bilər, bu isə keyfiyyətin azalmasına və temperatur dəyişikliyi səbəbi ilə mikroorqanizmlərin çoxalmasına gətirib çıxarır. Nəticədə bu məhsullar zəhərlənmə və həzm problemlərinə səbəb ola bilər".
Mütəxəssislər dondurularaq qurudulan meyvələrin, eləcə də dondurmaların tərkibində istifadə olunan konservantlar, əlavə dadlandırıcılar və rəngləndiricilərin allergiyası olan insanlarda ciddi reaksiyalara səbəb ola biləcəyini qeyd edirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...