DNT analizindən sonra Xoşqədəm Hidayətqızı evliliyi ilə bağlı qərar verəcək - FOTO

DNT analizindən sonra Xoşqədəm Hidayətqızı evliliyi ilə bağlı qərar verəcək - FOTO
Foto
Sosial 2559

"Qamsız", "Bunun adına yürek derler", "Yalancı" və "Yemin ettim sana" kimi sinqlları ilə populyarlıq qazanan müğənni Doğuş 2006-cı ildə Şeyma Uygun ilə evləndi. 2009-cu ildə cütlüyün yolları ayrıldı. Doğuş 2014-cü ildə azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ikinci dəfə ailə qurdu.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Xoşqədəmlə Doğuşun normal davam edən ailə həyatında gözlənilməz hadisə yaşandı.

Belə ki türkiyəli yazıçı və aparıcı Onur Akay bir müddət əvvəl 22 yaşlı Seyid adlı gəncin Doğuşu məhkəməyə verdiyini, bu səbəbdən də cütlük arasında problem yaşandığını iddia etmişdi.

Doğuş prosesin uzanmaması üçün DNT testi verdi. Atası üçün Türkiyədən Azərbaycana gələn Seyid Xoşqədəm və Doğuşla birlikdə DNT testinin cavabını gözlədi.

Aparıcı Xoşqədəm Hidayətqızının DNT analizindən sonra səkkiz illik evliliyinin davam edib-etməyəcəyi ilə bağlı qərar verəcəyi bildirildi.

Digər tərəfdən isə Seyid məşhur müğənniyə oxşarlığı ilə diqqət çəkdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər