Bakıda restoranda toy etmək istəyən şəxslər saxlanılıb - FOTO

Bakıda restoranda toy etmək istəyən şəxslər saxlanılıb - FOTO
Foto
Sosial 629

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıblar.

BAKU.WS DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Mərasim zalının icarədarı, paytaxt sakini Rahib Həsənli, toyun təşkilatçısı, Suraxanı rayon sakini Baba Babayev və toy zamanı orada olan 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.

Araşdırma zamanı B.Babayevin karantin qaydalarını pozaraq oğluna toy təşkil etmək istədiyi məlum olub.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AQTA 70 obyektdə pozuntular aşkarladı

AQTA 70 obyektdə pozuntular aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Res...

135 Sosial 17:32 08 avqust 2020

Son xəbərlər