DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti uzadılmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Bu barədə BAKU.WS-ə xidmətdən məlumat verilib.
Qeyd edilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycanda olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iyulun 31-dək Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.
Oxşar xəbərlər
Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı dörd dəfə artıb
2025-ci ilin üçüncü rübündə ölkədaxili bank kartı fırıldaqçılıq əməliyyatlarının həcmi 1 185 101 manat təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 3.4 dəfə ç...