İdman yarışları və musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub - FOTO
30
iyl
2019
15:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 20-dən 28-dək gücləndirilmiş iş rejimində çalışan daxili işlər orqanlarının əməkdaşları tərəfindən bu müddət ərzində paytaxtımızda keçirilən XV Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda iyulun 22-dən 25-ə qədər velosiped yarışları və JARA musiqi festivalında təhlükəsizlik yüksək səviyyədə təmin olunub.Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib.Qeyd edilir ki, xidmətə cəlb edilmiş yol patrul xidmətinin əməkdaşları Olimpiya Festivalı zamanı idmançıları, nümayəndə heyətlərini daşıyan 136 ədəd avtobusun tədbir yerlərinə,həmçinin təyin edilmiş ərazilərə təhlükəsiz çatmasını üçün fasiləsiz xidmət aparıb. İdmançıların və qonaqların qarşılanması, yola salınması prosesində yol polisləri 24 saat fəaliyyət göstəriblər.Yarışların keçirildiyi günlər ərzində tədbir iştirakçıları ilə bağlı hər hansı yol nəqliyyat hadisəsi qeydə alınmayıb.Bildirilir ki, tədbirin keçirildiyi günlərdə sarı zolaqlarla bağlı bir neçə faktı nəzərə almasaq, sürücülərə cərimələr tətbiq edilməyib. Bu isə aparılan profilaktik tədbirlərin uğurlu nəticəsi, eləcə də polis-vətəndaş münasibətlərinin yüksək qarşılıqlı anlayış səviyyəsində olduğunun bariz nümunəsidir.
Qalereya
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi: EYOF və “JARA” festivalları ilə əlaqədar həkimə 5 müraciət daxil olub
Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət daxil olub.Səhiyyə Nazi...