Diqqət! Yerdə bu tarixlərdə güclü geomaqnit qasırğaları olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən xəbərə görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X (R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Bu gün saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. Oktyabrın 5-6-da geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək.
Oktyabrın 6-dan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...