DİQQƏT! - Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan avqustun 3-ü saat 22:00-da qədər Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
Masallıda tonlarla pomidor MƏHV OLDU: Fermerlər ZiYANDA
Masallıda fermerlər əkib-becərdikləri pomidoru sata bilmirlər. Satışa yararlı olan tonlarla pomidor sahələrdə çürüyərək məhv olur. BAKU.WS Xəzər TV-yə istinadən...