Diqqət: "Report"un əməkdaşının adından Telegram sosial şəbəkəsində saxta məlumatlar yayılır
"Report" İnformasiya Agentliyinin redaktoru Samirə Abdullayevanın adından Rusiya mobil nömrəsi ilə "Telegram" sosial şəbəkəsində saxta profil açılaraq bir sıra məlumatlar yayılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Saxta profildə guya "Report" İnformasiya Agentliyin saytında dərc olunan materiallar yayılıb və Samirə Abdullayevanın adından saxta bəyanat paylaşılıb.
"Report" İnformasiya Agentliyi bildirir ki, Samira Abdullayevaya məxsus sosial şəbəkə hesabları Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatoruna aid nömrə vasitəsilə açılıb və saxta profilin ona heç bir aidiyyatı yoxdur.
"Report" İnformasiya Agentliyi bildirir ki, saxta profildə yayılan məlumatlar həqiqəti əks etdirmir. Agentliyin istehsal etdiyi xəbər və məqalələr Report.az rəsmi saytında və sosial media hesablarında yerləşdirilir. "Report" İnformasiya Agentliyi oxucuları yalnız rəsmi saytda olan xəbərləri istifadə etməyə çağırır.
Qalereya
Oxşar xəbərlər
Bu tarixlərdə Bakıya ardıcıl YAĞIŞ YAĞACAQ - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli H...