DİQQƏT! Bu şəhərdə 700 abonentin qazı kəsiləcək
09
yan
2026
14:13
Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən BAKU.WS-ə verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.
Oxşar xəbərlər
Bakıya yağan qar hərəkəti iflic edib
Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu, İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonu, Səməd bəy Mehmandar...