Diqqət! Bu gün saat 23:00-dan paytaxtın bu yolları bağlanır

11
apr
2023
14:20
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
BŞH-dan BAKU.WS-ə verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Hazırda sıxlıq olan küçə və prospektlər açıqlandı
Paytaxt Bakının bır sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. BAKU.WS Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdar...
