Diqqət! Bu gün Bakının bu ərazilərində qaz olmayacaq

Diqqət! Bu gün Bakının bu ərazilərində qaz olmayacaq
Sosial 3091

Fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək.

Bu barədə BAKU.WS-ə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq 02.02.2021-ci il tarixdə saat 10:00-dan etibarən Binəqədi rayonunun “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər