DİQQƏT! - Bakının bu rayonunda hərəkət təkmilləşdirilir
Bakının Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlanılır.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparılıb. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsinədək olan hissədə ümumilikdə 1,9 km uzunluğunda mikromobillik zolaqları təşkil ediləcək. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.
Qeyd edək ki, Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinədək olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.
Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eynisəviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.
Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Bu halda müalicə üçün göndəriş müraciətinə 24 saat ərzində baxılır - RƏSMİ AÇIQLAMA
"Göndərişlə bağlı tibbi xidmətlərin göstərilməsi üçün müəyyən edilmiş gözləmə müddətləri var: ambulator xidmətlərlə yanaşı instrumental-diaqnostik və laborator...