Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
21 iyun tarixində Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.
XİN-dən BAKU.WS-ə verilən məlumata görə, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub.
İmtahanda 556 namizəd iştirak edib. Namizədlər imtahanı yekunlaşdırdıqdan sonra, eləcə də imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda namizədlərə qanunvericilik vә ümumi sahәvi biliklәrini, həmçinin verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 120 tapşırıq tәqdim olunub.
"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin ilkin mərhələsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara növbəti mərhələlərdə uğurlar arzulayırıq", - deyə məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT
Paytaxtın Ramana qəsəbəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə yerləşən iki tarixi...