DİN: Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşlarının gücləndirilmiş iş rejimi bayramın təhlükəsizliyinə xidmət edir.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyəti bayram günlərininin əmin-amanlıq şəraitində keçməsi üçün gücləndirilmiş iş rejimində xidmətə cəlb olunub.
İctimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir. Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb, əlavə postlar və patrul xidmətləri təşkil olunub.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə bayramı qeyd etmələri üçün polis əməkdaşları fasiləsiz xidmət göstərirlər.
Hər kəsdən qanunvericiliyin tələblərinə riayət etmək və polis əməkdaşlarının qanuni tələblərinə hörmətlə yanaşmaq xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...