DİN və FHN-dən Novruz bayramı ilə bağlı VACİB MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
BAKU.WS-in məlumatına görə, müraciətdə Novruz bayramı ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğu da unudulmamalı, xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada biləcəyi vurğulanıb.
"Tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır", - müraciətdə vurğulanıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...