DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun
Video
Sosial 20

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez "brend məhsullar çox ucuz qiymətə satılır" kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür: "İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir. Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, "son fürsət", "məhdud sayda" kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir. Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir".

DİN vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

Şübhəli linklərə daxil olmayın

Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın

Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin

Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın

Qeyd olunub ki, belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir: "Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin. Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər