DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib.
Bu barədə BAKU.WS-ə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, "fan" zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər:
"Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik",- deyə məlumatda qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...