DİM imtahanların saatlarını dəyişdi

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib.
"İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır", - məlumatda bildirilib.
Qeyd edək ki, hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
Oxşar xəbərlər
Çimərliyə getmək üçün ən ideal saatlar AÇIQLANDI
Yay mövsümünün ayrılmaz bir hissəsi olan çimərliklər həm istirahət, həm də sağlamlıq baxımından insanlar üçün cəlbedici məkanlardır. BAKU.WS-in məlumatına görə...