DİM abituriyentlərin apellyasiya müraciətlərinin ödənişli olmasını istəyir

DİM abituriyentlərin apellyasiya müraciətlərinin ödənişli olmasını istəyir
Sosial 18

Apellyasiya müraciətlərinin ödənişli olmasını istərdik.

BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsassız apellyasiya müraciətləri kifayət qədər böyük resurslara başa gəlir:

"Biz çox istərdik ki, apellyasiya prosesi ödənişli olsun. Hələ ki, qaydalar buna imkan vermir. Qeyd etmişdim ki, bu proses bizdə kifayət qədər resurs aparır. Heç olmasa əsassız apellyasiya hallarının ödənişli olmasını istərdik. İnsanlar başa düşməlidir ki, yüz minlərlə iş yoxlanılır. Bunların hamısına sistemdə baxılır. Ona görə də, apellyasiya prosesinin ödənişli olmasını istərdik".

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq İnformasiya Agentliyində və "Baku TV" televiziya kanalında yayımlanacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər