DGK vətəndaşa göndərilən "mükafat"ın gömrük ödənişlərinə cəlb olunmasına münasibət bildirib
Azərbaycan vətəndaşı beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple" markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və buna görə gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib:
"Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilib".
Qeyd edilib ki, vətəndaşın sertifikatı ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb.
Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük ödənişlərinə cəlb olunmasınına dair məlumatlar yayımlanıb.
Oxşar xəbərlər
Bakıda bir sıra küçələrdə yeni yol nişanları quraşdırılıb
Bakıda yeni yol nişanları quraşdırılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, AYNA payta...