"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT
Yeniliklərdən dərhal xəbərdar olun
"Dəryaz" qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyev həbs edilib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb edib.
Ona hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinaət içi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, "Dəryaz" qəzeti daha əvvəllər Mətbuat Şurasının "qara siyahısına" daxil edilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...