"Dərs vaxtı" proqramının sabahkı yayım vaxtında dəyişiklik edilib

Dərs vaxtı proqramının sabahkı yayım vaxtında dəyişiklik edilib
Sosial 236

Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib. Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.

BAKU.WS xıbır verir ki, "Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq.

Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Dərs vaxtı"nın 29 may cədvəli

"Dərs vaxtı"nın 29 may cədvəli

“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin və mayın 29-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb. BAKU.WS xəbər verir ki, Təhsi...

142 Sosial 16:47 28 may 2020

Son xəbərlər