Dərs başlayandan məktəblərdə koronavirusa yoluxanların sayı AÇIQLANDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edir.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, fevralın 1-dən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
İki şagird və bir təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1 106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Oxşar xəbərlər
Bakıda 1 106 valideyn övladının məktəbə getməsindən imtina edib
Bakıda 1 106 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, i...
