Deputat: Yolu keçən bir piyadaya görə avtomobilin saxlaması yolverilməzdir
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin deputatı Tahir Rzayev yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Bakıda tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, problem hələ tam həllinin tapmadığını deyib:
"Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...