Deputat pul qazanmaq istəməyənləri tənqid etdi: "Heç kimə minnət etməyin"
Yeniliklərdən dərhal xəbərdar olun
"Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. 10 nəfər yığışın, traktor alın, heç kimə də minnət etməyin".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
Deputat bəzi şəxslərin pul qazanmaq istəmədiyini söyləyib:
"Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. İnkişaf etmiş çoxlu fermer də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır. Qazanmaq insanın özündən asılıdır".
Baku TV deputatın çıxışının videosunu təqdim edir:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...