Deputat 1 manat 50 qəpiklik dönərlərdən danışdı - Əti haradan və neçəyə alırlar?

Deputat 1 manat 50 qəpiklik dönərlərdən danışdı - Əti haradan və neçəyə alırlar?
Sosial 3

Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir.

BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, bunu deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bundan başqa, dönərin çörəyi və ətin tərkibindəkilərin qiyməti də var.

“Belə çıxır ki, dönərin içərisindəki ət pulsuzdur. O zaman ortaya bir sual çıxır – “dönərxanalar əti haradan və neçəyə alır?!” Görəsən həmin obyektlərin sertifikatı varmı? AQTA buna nəzarət edirmi? Son zamanlar tələbələr arasında dönərdən zəhərlənmə hallarına rast gəlirik. Bu səbəbdən

AQTA bu işə məsuliyyətlə yanaşmalı və nəzarət daha da güclənməlidir”, - deputat əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir? - ARAŞDIRMA

Aranda böyüyən qoyunun əti niyə dağlıq ərazidəki heyvanın ətindən ləzzətlidir? - ARAŞDIRMA

Quzu əti ibtidai dövrlərdən insanlar tərəfindən qiymətləndirilən dadlı və doyurucu ətdir. Ondan hazırlanan yeməklər Şərq və Aralıq dənizi mətbəxində xüsusilə mə...

118 Sosial 15:15 29 noyabr 2023

Son xəbərlər