Dənizkənarı obyektlərdə dəvə qutabı ilə bağlı reydlər davam edir
Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reydlər aparılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı "Dostluq" restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb.
"Santo Mare", "Duyğu", "Şərur", "Regnum" və "Oregano" restoranlarının menyularından dəvə qutabının çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. "Antalya" restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu üzə çıxıb.
"Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb.
Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin dəvə qutabı adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sənədlərin təqdim olunması üçün son tarix açıqlanıb
13 yanvar 2026-cı il saat 15:00-a qədər şagirdlərin elektron yerdəyişməsi ilə bağlı təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssi...