Dənizin dərinliklərində qəhrəmanlıq: Hər gün həyat xilas edən insanlar
Onlar fövqəladə hallarda insanların həyatını xilas etmək üçün su altında və suüstü şəraitdə xüsusi xilasetmə əməliyyatları həyata keçirirlər.
Bəli, söhbət xilasedicilər və dalğıclardan gedir.
Dalğıcların işi suya enməzdən əvvəl başlayır. Xüsusi geyimlər, təhlükəsizlik avadanlıqları və çəkisi 15 kiloqram olan oksigen balonları onların əsas təchizatını təşkil edir.
Dalğıc Taryel Süleymanov peşəsi ilə bağlı Baku TV-yə danışıb:
"Üç ildir ki, bu peşə ilə məşğulam. İşimi çox sevirəm. Həyəcanlı və riskli olsa da, mənim üçün çox gözəldir. Peşəmlə fəxr edirəm. Hər gün insanların həyatını xilas etmək üçün çalışırıq.
Bu sahəyə marağım uşaq yaşlarımdan yaranıb. Atamın fəaliyyətini görərək məndə də bu peşəyə böyük həvəs formalaşıb.
Hazırda 20 metr dərinliyə qədər enmək icazəmiz var. Sahildən açıq dənizə doğru isə müəyyən edilmiş təhlükəsizlik sərhədindən kənara çıxmağa icazə verilmir".
Oxşar xəbərlər
Hansı bürclər heç kəsdən utanmır?
Astroloji təsnifatlara əsasən bəzi bürclər daha cəsarətli, açıq və sosial davranışları ilə seçilir. BAKU.WS xəbər verir ki, bu bürclər öz fikirlərini gizlətmədə...