"Dəniz kuboku"nun püşkatması keçirilib - FOTO

Dəniz kubokunun püşkatması keçirilib - FOTO
Foto
Sosial 52

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək "Dəniz kuboku" müsabiqəsinin püşkatması keçirilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, mərasim Hərbi Dəniz Qüvvələrinin (HDQ) inzibati binasında baş tutub.

Püşkatmadan öncə HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov mətbuat konfransı keçirib. O, komanda iştirakçılarına uğurlar arzulayıb.

Yarışda Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri iştirak edəcək.

Xatırladaq ki, "Dəniz kuboku" müsabiqəsi avqust ayının 15-dən 25-dək davam edəcək. Artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb və bütün təşkilatı işləri başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”

Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”

“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”. Bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi hey...

105 Sosial 16:18 24 iyul 2022

Son xəbərlər