Dayanacaqda avtobusa minə bilməyən vətəndaşlar - FOTO

Dayanacaqda avtobusa minə bilməyən vətəndaşlar - FOTO
Foto
Sosial 258

Bakıda mərkəzi küçədə yerləşən avtobus dayanacaqlarının birində vətəndaşlar acınacaqlı durumla üzləşiblər.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə vətəndaşlar şikayət ediblər.

Onların şikayəti Neftçilər prospekti ərazisində yerləşən "Kukla teatrı"nın qarşısındakı avtobus dayanacağı ilə bağlıdır. "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar həmin ərazidəki yol daralıb.

Buna rəğmən həmin dayacağın qarşısında taksi sürücüləri də yolda əlavə sıxlıq yaradırlar. Nəticədə həmin dayanacaqda dayanmalı olan avtobuslar ora daxil ola bilmir və sərnişinləri mindirmək mümkün olmur. Şikayətə əsasən, həmin dayanacaqdan keçən hər 3 avtobusdan biri ora daxil ola bilir.

Bu da kütləvi şəkildə insanların etirazı ilə qarşılanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər