Daşınmaz əmlak bazarında qiymətlər niyə ARTIR? — Ekspert səbəbləri açıqladı

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Alıcılar həm yeni tikililərdə, həm də köhnə binalarda qiymətlərin getdikcə yüksəldiyini müşahidə edirlər. Bəs bu bahalaşmaya səbəb olan əsas amillər hansılardır?
BAKU.WS-in sorğusuna cavab olaraq iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, hazırda daşınmaz əmlakın qiymət artımına təsir edən 14 əsas faktor var. Onun sözlərinə görə, regionda baş verən münaqişələr, tikinti materiallarının qiymətindəki artım, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətinin azalması bu sahəyə təsir göstərir:
"Bu gün 100 min manatlıq obyekt sabah 120 minə qalxır. Bu da bazarda süni qiymət artımına yol açır. Eyni zamanda daşınmaz əmlakın ölkədə ən təhlükəsiz və gəlirli sərmayə vasitəsi kimi qəbul olunması da qiymətləri qaldırır. İnsanlar kapital yığımını məhz bu istiqamətə yönəldir. Bu da tələbi artırır və nəticədə qiymətlər yüksəlir".
Ekspert əlavə edib ki, köhnə və yeni tikililər arasında qiymət fərqinin artması da bu sahədəki tendensiyaların tərkib hissəsidir:
"Baş planlara əsasən yeni layihələrin icrası gözlənilir. Bu zaman istismar müddətini başa vurmuş binaların sökülməsi planlaşdırılır. Belə binalar riskli hesab edildiyi üçün onların qiyməti aşağı düşür. Yeni tikililərdə isə əksinə, qiymət artır. Ən yeni tikililər isə daha baha başa gəlir. Bu da bazarda fərqin yaranmasına səbəb olur".
Onun sözlərinə görə, nağdsız ödənişlərin artması da qiymətlərə dolayı yolla təsir edir:
"Çünki sahibkarlar vergi ödəməli olurlar və bu da qiymətə əlavə olunur".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakı-Sumqayıt sürət qatarından istifadə edənlərə PİS XƏBƏR
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qata...