Daha bir valideynlə bağlı ARAŞDIRMA BAŞLADI - Azyaşlı oğlunu...
Ana azyaşlı oğlunu ayağından qapıya bağlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova ATV-yə bildirib ki, bəzi valideynlər uşaqları sakitləşdirmək üçün alternativ tapmadıqları halda, onları ya telefona, ya da televizora yönləndirirlər:
"Təəssüf ki, bəzi valideynlər övladları ilə vəhşi heyvan kimi davranırlar. Bu isə azyaşlı üçün ciddi psixoloji travmadır".
Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də reaksiya verib.
Qurumdan bildirilib ki, məsələ komitənin nəzarətindədir və uşağın faktiki yaşadığı yerin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Ətraflı süjetdə:
Qeyd edək ki, Ağdamda da azyaşlı valideynləri tərəfindən işgəncəyə məruz qalıb. Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, Bakıya gətirilən uşaq cərrahiyyə əməliyyatı olunub. Hazırda reanimasiyadadır və müalicəsi süni tənəffüslə davam etdirilir.
Oxşar xəbərlər
"2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2026-cı il "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyi...