Daha bir qazi və ailəsinə sosial dəstək olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının Vətən müharibəsində yaralanmış Xankişiyev Elnur Əliağa oğlunun özü və ailə üzvləri ilə görüş zamanı onlara sosial dəstək göstərilməsi üçün görüləcək işlər müəyyən olunub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, qazimiz müharibəyə qədər “Azərenerji” ASC-də işləyib və iş yeri saxlanılmaqla əmək haqqı hər ay ödənilir.
Atası da hazırda orada çalışır. Elnura yaxın günlərdə əlillik təyin olunacaq və bununla əlaqədar hər ay sosial ödənişlərlə təmin ediləcək. Əlillik dərəcəsinə uyğun olaraq dövlət tərəfindən ona birdəfəlik sığorta ödənişi də veriləcək.
Bir qardaşına sağlamlıq imkanı məhdud uşaq olduğu üçün aylıq sosial müavinat ödənilir. Bacısının da səhhətindəki problemlə bağlı əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işlər görüləcək.
Ailə ilə görüş zamanı qazinin anası və bacısının işsiz olduqları müəyyən edilib. Elə evlərindəcə onlarla müqavilə bağlanıb və istəklərinə əsasən ödənişli ictimai işlərə cəlb olunublar. Eyni zamanda, ailəyə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.
Oxşar xəbərlər
Bu aydan bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-nef...