Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə deyilir ki, sabahdan paytaxtda 204 nömrəli marşrut xətti üzrə (“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Sərnişinlərin rahatlığınn təmin etmək üçün Sabunçu və Ramana qəsəbələri üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Həsən bəy Zərdabi 39 (Ramana);
Yefim Saratov küçəsi;
Kişvəri Dilməqani 11;
Əsildar Məmmədəliyev 76;
Sabunçu qəs. Şəhər şosesi.
Oxşar xəbərlər
Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...